Dövlət sərhədinin delimitasiya komissiyasının dördüncü iclası keçirilib: ER XİN

Dövlət sərhədinin delimitasiya komissiyasının dördüncü iclası keçirilib: ER XİN

İyulun 12-də ER baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikasının baş nazirinin müavini Mustafayevin sədrliyi ilə  Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyanın dördüncü iclası keçirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ermənistan Respublikası və Azərbaycan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə olunmuş razılaşmalara əsasən, tərəflər sərhədin delimitasiyası məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələlərinə toxunublar.

Tərəflər, həmçinin komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT