İntensiv atışma üç saat davam edib: Edmon Marukyan

İntensiv atışma üç saat davam edib: Edmon Marukyan

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün “Twitter” mikrobloqunda yazıb: “Azərbaycan Ermənistanın suveren ərazisində Ermənistan-Amerika sərmayələri hesabına tikilən zavodun maşınları və infrastrukturu istiqamətində atəş açıb.

İntensiv atışma üç saat davam edib.

Bu, sülh prosesinə yönəlmiş bütün səylərə zidd olan və güc tətbiq etməmək və hətta hədələməklə bağlı bütün öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Biz bu təxribatçı davranışı qətiyyətlə pisləyirik və beynəlxalq tərəfdaşlarımızı Azərbaycana qarşı tədbirlər görməyə, o cümlədən sanksiyalara və bu cür destruktiv yanaşmadan çəkinməyə birbaşa çağırışlara çağırırıq.

Beynəlxalq ictimaiyyətin səssizliyi və ya Azərbaycana qarşı birmənalı tədbirlərin görülməməsi demokratik Ermənistana qarşı yeni təcavüzlərə səbəb ola bilər”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT