Toivo Klaarın məqsədi sülh prosesini daha da irəli aparmaqdır: Aİ səfiri

Toivo Klaarın məqsədi sülh prosesini daha da irəli aparmaqdır: Aİ səfiri

Avropa İttifaqının (Aİ) məqsədi sülhün bərqərar olduğu, çiçəklənən Cənubi Qafqazdır.

Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesində Aİ Şurası Prezidenti Şarl Mişelin güclü və intensiv iştirakı müşahidə olunur: “Brüssel prosesi davam edir. Mayın 14-də Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşdü, növbəti görüşün iyulda keçirilməsi planlaşdırılıb. Həmçinin bu yaxınlarda Moldovanın paytaxtı Kişinyovda liderlərin görüşü oldu. Prosesin davam etməsi çox yaxşıdır. Avropa İttifaqı sülhə nail olmaq üçün əlindən gələn köməyi etmək istəyir”.

Diplomat, blokun Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın regiona səfəri ilə bağlı da danışıb: “Qeyd etdiyim kimi, Aİ prosesdə fəal iştirak edir. Aİ-nin xüsusi nümayəndəsi cənab Klaar Bakıya səfər edib. Məqsəd prosesi daha da irəli aparmaqdır”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT