Ceyhun Bayramov və Lui Bono Azərbaycan-Ermənistan sülh danışıqlarının cari vəziyyətini müzakirə edib

Ceyhun Bayramov və Lui Bono Azərbaycan-Ermənistan sülh danışıqlarının cari vəziyyətini müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub.

Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT