Nikol Paşinyan Moskvada da İlham Əliyevlə görüşəcək: ER xarici işlər nazirinin müavini

Nikol Paşinyan Moskvada da İlham Əliyevlə görüşəcək: ER xarici işlər nazirinin müavini

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada da Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Bunu ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “Hağtanak” parkında jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Avropa Şurasının prezidenti Şarl Mişelin növbəti görüşün Brüsseldə keçiriləcəyi ilə bağlı bəyanatı ilə yəqin ki, artıq tanış olmuşsunuz. Sonra Moskvada üçtərəfli formatda davam edəcək”, - deyə Paruyr Hovhannisyan tərəflər arasında danışıqların intensivliyinin təqdirəlayiq olduğunu qeyd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə üçtərəfli görüşün keçirilməsi barədə razılığa gəliblər.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT