Paşinyan və Əliyev mayın 14-də Brüsseldə görüşəcəklər: Financial Times

Paşinyan və Əliyev mayın 14-də Brüsseldə görüşəcəklər: Financial Times

Ermənistan və Azərbaycan iderləri Nikol Paşinyan və İlham Əliyev mayın 14-də Brüsseldə görüşəcəklər. Bu barədə mayın 8-də Britaniyanın "Financial Times" nəşri Avropa İttifaqındakı mənbələrə istinadla məlumat yayıb.

Görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə keçiriləcək.

Financial Times həmçinin bildirib ki, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində iyunun 1-də Kişinyovda Fransa prezidenti Emmanuel Makronun və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə iki ölkə liderinin daha bir görüşünün keçiriləcəyi gözlənilir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT