Azərbaycan Xarici İşlər Nazirliyi azərbaycanlı diplomatların İrandan çıxarılmasını təsdiqləyib

Azərbaycan Xarici İşlər Nazirliyi azərbaycanlı diplomatların İrandan çıxarılmasını təsdiqləyib

Azərbaycan Xarici İşlər Nazirliyi azərbaycanlı diplomatların İrandan çıxarılması barədə səhərki xəbərləri təsdiqləyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin saytındakı məlumatda deyilir ki, iranlı diplomatlar Azərbaycandan çıxarıldıqdan bir neçə gün sonra İran tərəfi qarşılıqlılıq prinsipinə əsaslanaraq Azərbaycanın İrandakı səfirliyinin 2 əməkdaşını və Təbrizdəki Baş Konsulluğun 2 əməkdaşını arzuolunmaz şəxslər elan edib.

Qeyd edək ki, bu gün bəzi qeyri–rəsmi mənbələr dörd azərbaycanlı diplomatın  İrandan (ikisinin Tehrandakı səfirlikdən, ikisinin isə Təbrizdəki konsulluqdan) çıxarıldığı barədə məlumat yaymışdı.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT