Nikol Paşinyan və ATƏT-in Minsk qrupunun həmsədri regiondakı vəziyyəti müzakirə ediblər

Nikol Paşinyan və ATƏT-in Minsk qrupunun həmsədri regiondakı vəziyyəti müzakirə ediblər

Yerevanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Lui Bono Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.

Nikol Paşinyan ABŞ administrasiyasının regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərinin əhəmiyyətini vurğulayaraq, Ermənistan tərəfinin mövcud əsas məsələlərin həlli barədə yanaşmalarını təqdim edib. O, Dağlıq Qarabağ xalqına və Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı təcavüzkar siyasəti və hərbi ritorikanı qəbuledilməz hesab edib.

Tərəflər Stepanakert və Bakı arasında aparılan danışıqların mexanizmi, Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində DQ-da yaranmış vəziyyəti və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması barədə danışıblar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT