Azərbaycan və İran XİN başçıları mövcud vəziyyət müzakirə edib

Azərbaycan və İran XİN başçıları mövcud vəziyyət müzakirə edib

Aprelin 14-də Azərbaycan Respublikasının Xİ naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının Xİ naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.  Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT