logo

Artsax Ombudsmanı Goris-Stepanakert yolunda azərnbaycanlıların törətdiyi növbəti təxribatı ilə təfərrüatları yayıb

Artsax Ombudsmanı Goris-Stepanakert yolunda azərnbaycanlıların törətdiyi növbəti təxribatı ilə təfərrüatları yayıb

Artsax Ombudsmanı Geğam Stepanyan öz “Facebook” səhifəsində gecə saatlarında Qoris-Stepanakert yolunda azərbaycanlıların törətdiyi növbəti təxribatının təfərrüatlarını təqdim edib.

O qeyd etdi ki, bir neçə aydır ailələrindən ayrı qalan 27 mülki şəxs, o cümlədən qocalar, uşaqlar və əlillər Rusiya tərəfi ilə əldə edilmiş razılaşma ilə Rusiya sülhməramlılarının müşayiəti ilə aprelin 4-ü radələrində Goris şəhərində Stepanakertə yola düşüblər.

Əvvəlcədən razılaşdırılan razılaşmaya baxmayaraq, özlərini sözdə “ekoloji fəal” kimi təqdim Azərbaycan hökumətinin agentləri Qoris-Stepanakert avtomobil yolunun bağlanmış Şuşi hissəsində mülki insanları daşıyan Rusiya sülhməramlı qüvvələrinin maşınlarının keçidini əngəlləyiblər. Bunun nəticəsindı vətəndaşlar 5 saata yaxın həmin ərazidə qalıblar. Rusiya tərəfi ilə azərbaycanlılar arasında nəticəsiz aparılan danışıqlardan sonra maşınlar indi Qorisə qayıdırlar. 

Məlumatlara görə, bəzi azərbaycanlılar hətta maşınlardan birinə solulub. Gözləmə və danışıqlar zamanı 4 mülki şəxsin səhhəti  pisləşib, onlardan 3-ü huşunu itirib. Onlar Rusiya sülhməramlılarının müşayiəti ilə Stepanakertin xəstəxanasına aparılıb.

Digər 23 vətəndaşalrımız Qorisə qayıdırlar. 114 gün davam edən blokadanın ilk günündən Azərbaycan tərəfi müxtəlif platformalarda yolun mülki əhalinin və yüklərin daşınması üçün açıq olduğunu bəyan edərək, təkcə erməni tərəfinin əsaslı iddialarını deyil, həm də bir çox beynəlxalq aktyorun bəyanatlarını və mövqelərini, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin 22 Fevral 2023-cü il tarixli qərarı ilə qeydə alınan gerçəyi birbaşa şübhə altına alır.

Bütün bu hadisələr bir daha  Azərbaycan rəhbərliyinin saxta və uydurma iddialarının bütün mahiyyətini, yalan bəyanatlarını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışma yolunu bir daha sübut edir.

Çoxdan aydındır ki, Azərbaycan tərəfinin həyasız davranışının, beynəlxalq ictimaiyyətin çağırışlarının və Beynəlxalq Məhkəmənin qərarına yerinə yetirilmənəsinin yeganə səbəbi yaradılmış birganəlikdir, sülhməramlı missiyaya qarşı yaradılan hörmətsizlikdir və bütün maraqlı beynəlxalq aktorlar tərəfindən ünvanlanmış və praktiki cəza tədbirlərinin olmamasıdır.

Hazırda Goris şəhərində və Ermənistanın digər yerlərində yüzlərlə dinc sakin sadəcə olaraq ailələrinə qovuşmaq imkanından məhrumdur”.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT