Blinken Azərbaycan və Ermənistanın tezliklə sülhlə bağlı razılığa gələ biləcəyini açıqlayıb

Blinken Azərbaycan və Ermənistanın tezliklə sülhlə bağlı razılığa gələ biləcəyini açıqlayıb

Azərbaycan və Ermənistan tezliklə sülh sazişi əldə edə bilər.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı bildirib.

"Mən hesab edirəm ki, bir fürsət yaranıb. Onu şişirtmək istəmirəm. Lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən bir fürsət var", - deyə Blinken bildirib.

“Mən bu ilin əvvəlində təhlükəsizlik konfransı üçün Münhendə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüm. Bu yaxınlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda idilər. Mən onların qayıtmasını gözləyirəm. Biz müqavilənin mətni üzərində işlədik”.

Blinken həmçninin Laçın dəhlizinin açılması üçün Azərbaycana təzyiq göstərdiyini və bu istiqamətdə iş gördüyünü açıqlayıb. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT