Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayır: XİN

Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayır: XİN

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhliziylə bağlı qərarını alqışlayan bəyanat yayıb.

XİN-in bəyanatında deyilir ki, məhkəmənin qərarında “Konvensiya çərçivəsində ermənilərin hüquqlarına bərpası qeyri-mümkün ziyanla nəticələnə biləcək birbaşa təhdidin mövcudluğu təsbit olunub”.

Beynəlxalq Məhkəmə Azərbaycanın minalarla bağlı vəsatətini rədd edib. 

“Beləliklə, Məhkəmənin qərarlarına uyğun olaraq, Azərbaycanın Dağlıq Qarabağı blokadasına və digər hərəkətlərinə dərhal son qoyulmalıdır. Ermənistan situasiyanı diqqətlə izləyəcək və Məhkəməyə Azərbaycan tərəfdən istənilən pozuntularla bağlı məlumat verəcək. 

Biz beynəlxalq tərəfdaşları məhkəmə qərarının Azərbaycan tərəfindən dərhal icrasını təmin etmək üçün fəal addımlar atmağa çağırırıq.”, – Ermənistan XİN bildirir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT