İran Avropa İttifaqının mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil. Ermənistan-İran forumu çərçivəsində jurnalistlərin suallarını cavablandıran İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri bildirib.
Ermənistan və Azərbaycan arasında problemlərə toxunan diplomat İranın problemlərin danışıqlar yolu ilə həllinə dair mövqeyini bir daha təsdiqləyib.
Abbas Bədəxşan Zohuri (İİR-nin Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri) - Regionda təhlükəsizliyin və sülhün təmin olunması baxımından digər ölkələr də töhfə verə bilər.
Problemlərin region ölkələrinin iştirakı ilə həlli təhlükəsizliyi, sülhü təmin edə bilər ki, bu da dialoq və müzakirələrə əsaslanacaq.










