logo

ER Xİ naziri və Aİ-nin xüsusi nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıb

ER Xİ naziri və Aİ-nin xüsusi nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıb

Yanvarın 25-də Brüsseldə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar və Avropa İttifaqı Şurasının prezidentinin xarici siyasət üzrə baş müşaviri Maqdalena Qrono ilə görüşüb. 

Tərəflər Aİ-nin yeni mülki monitorinq missiyasının Ermənistanda yerləşdirilməsi qərarını vurğulayaraq, bunun regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verəcəyini qeyd ediblər.

Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində yaranmış vəziyyət müzakirə edilib.

ER XİN rəhbəri vurğulayıb ki, Azərbaycan öz hərəkətləri və ritorikası ilə Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması səylərinə zərbə vurur.

Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ətrafında fikir mübadiləsi aparılıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT