logo

Azərbaycan parlamenti Siyasi partiyalar haqqında qalmaqallı qanunu qəbul edib

Azərbaycan parlamenti Siyasi partiyalar haqqında qalmaqallı qanunu qəbul edib

Azərbaycan Milli Məclisi “Siyasi partiyalar haqqında” mürtəce qanunu üçüncü yekun oxunuşda qəbul edib. Məlumatı Turan yayıb. 

Bu akt həm ölkənin siyasi qüvvələrinin, həm də beynəlxalq təşkilatların çoxsaylı etirazlarına və tələblərinə baxmayaraq qəbul edilib.

Bu qanunu tənqid edənlərin fikrincə, o, hüquq və azadlıqları, o cümlədən toplaşmaq və ifadə azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Belə ki, siyasi partiyanın qeydiyyata alınması üçün onun ən azı 5000 üzvü olmalıdır. Əgər onların sayı 4500-dən aşağı olarsa, o zaman bu partiyanın dövlət qeydiyyatının ləğvilə bağlı məhkəmədə iddia qaldırıla bilər.

Həmçinin siyasi partiyaların üzvlərinin reyestri aparılacaq. Partiya üzvlərinin bütün məlumatları açıq olmalıdır. Dövlət qeydiyyatı olmadan siyasi fəaliyyətə yol verilmir.

Müxalifət bu normaları hakimiyyətin onun siyasi fəaliyyətini məhdudlaşdırmasını və müxalifət partiyalarının ləğvini qanuniləşdirmək cəhdi kimi qiymətləndirir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT