logo

Beynəlxalq aktorların aktiv reaksiyasını gözləyirəm: Artsax Ombudsmanı

Beynəlxalq aktorların aktiv reaksiyasını gözləyirəm: Artsax Ombudsmanı

“Artıq 24 saatdır ki, Artsax xalqı xarici aləmlə əlaqə imkanından kəsilmiş vəziyyətdə və mühasirədədir”. 

Bu barədə Artsax Ombudsmanı Geğam Stepanyan öz Facebook səhifəsində yazıb.

O qeyd edib ki,  azərbaycanlılar yeganə olan Stepanakert-Goris yolunu saxta ekoloji səbəblərə görə bağladılar və yaradılan vəziyyət fəlakətli humanitar nəticələrə gətirib çıxarır. 

“1100-ə yaxın insan soyuq qış şəraitində yollarda qalıb, hazırda 270 uşaq ailədən uzaq qalıb.  Bu, Artsax xalqını terror etmək məqsədi daşıyır və azərbaycanlıların etnik nifrət siyasətinin növbəti təzahürüdür”,-deyə o əlavə etdi ki, bütün bu insan hüquqlarının genişmiqyaslı və kobud şəkildə pozulmasıdır və indiyədək bununla bağlı lazımi beynəlxalq reaksiya verilməyib.

“Mən beynəlxalq aktorların aktiv reaksiyasını gözləyirəm, geosiyasi reallıqlardan və dövlətlərin siyasi və iqtisadi maraqlarından asılı olmayaraq, insanlar diqqətdən kənarda qalmamalıdır”,-Ombudsman vurğuladı. 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT