logo

ER Ombudsmanı Erika Olsona Dövlət Departamentinin erməni hərbi əsirlərin repatriasiyasında göstərdiyi səylərə görə təşəkkür edib

ER Ombudsmanı Erika Olsona Dövlət Departamentinin erməni hərbi əsirlərin repatriasiyasında göstərdiyi səylərə görə təşəkkür edib

Dekabrın 5-də ER Ombudsmanı Kristinne Qriqoryan Vaşinqtonda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olson ilə görüşüb.

Qriqoryan erməni hərbi əsirlərin repatriasiyası istiqamətində Dövlət Departamentinin göstərdiyi səylərə görə minnətdarlığını bildirib və Azərbaycan tərəfinin yaratdığı informativ təxribatçı mühiti nəzərə alaraq, ailələrin keçdiyi çətinlikləri təqdim edib.

Olson qeyd edib ki, onlar bir çox humanitar məsələlərin həlli, o cümlədən hərbi əsirlərin qaytarılması, itkin düşmüş şəxslərin taleyinin öyrənilməsi istiqamətində işlərini davam edirlər.

Kristinne Qriqoryan Olsona 13-14 sentyabr tarixlərində Azərbaycanın hücumu zamanı və ondan sonra baş vermiş davamlı insan hüquqları pozuntularını sənədləşdirən və təhlil edən hesabatlarını təqdim edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT