Regionda istənilən geosiyasi dəyişiklik İranın cavabı ilə qarşılanacaq: Abdullahian

Regionda istənilən geosiyasi dəyişiklik İranın cavabı ilə qarşılanacaq: Abdullahian

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Tehranın region ölkələrinin əraziləri ilə bağlı ambisiyaları yoxdur, lakin regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik İranın cavabı ilə qarşılanacaq.

XİN rəhbəri vurğulayıb ki, Tehran Azərbaycan və Ermənistanı iki qonşu hesab edir və tərəflərin heç birinə üstünlük vermir.

Ukrayna müharibəsində İranın pilotsuz uçan aparatlarından istifadə etməsi ilə bağlı iddialara toxunan ölkənin baş diplomatı aydınlıq gətirib ki, indiyədək onların Ukraynada istifadəsi ilə bağlı heç bir sübut təqdim edilməyib.

Abdullahian 2015-ci ilin nüvə razılaşmasının yenilənməsi ilə bağlı ABŞ ilə danışıqlara toxunub və qeyd edib ki, danışıqlar davam edir, lakin fikir ayrılıqlar qalır. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT