logo

Heç bir dövlətin Syunik bölgəsinə istəkləri olmamalıdır: İran səfiri ER baş prokurorla görüşüb

Heç bir dövlətin Syunik bölgəsinə istəkləri olmamalıdır: İran səfiri ER baş prokurorla görüşüb

Ermənistan Respublikasının baş prokuroruru Anna Vardapetyan  bu gün İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəşxan Zohurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səfir Zohuri qeyd edib ki,  İran üçün qonşu Ermənistanla münasibətlər prioritetdir.

Anna Vardapetyanın Syunikdə İranın Baş konsulluğunun açılmasını yüksək qiymətləndirilməsinə cavab olaraq səfir Zohuri İran üçün Ermənistanın Syunik bölgəsinin vacibliyini yenidən təsdiq edib və vurğulayıb ki, heç bir dövlətin bölgəyə qarşı heç bir istəkləri olmamalıdır.

Görüş zamanı Ermənistanın baş prokuroru və İranın Ermənistandakı səfiri qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunublar.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT