Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bəyanatlarının yerinə yetirilməsi Yerevanla Bakı arasında sülhün yeganə yoludur: Putin

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bəyanatlarının yerinə yetirilməsi Yerevanla Bakı arasında sülhün yeganə yoludur: Putin

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı birgə bəyanatların bütün müddəalarına tərəflərin ciddi əməl etməsi sülhə aparan yeganə mümkün və real yoldur. Bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbədənkənar sammitində deyib.

“Üçtərəfli bəyanatların həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli yolu ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin sabit şəkildə normallaşmasına nail olmaq mümkündür.

Biz bunu Ermənistanın baş naziri ilə dəfələrlə müzakirə etmişik və belə başa düşürəm ki, o, bununla tam razıdır. Bəs bu həll yollarını necə tapmaq olar? Bu, asan deyil. Lakin həll yollarını yalnız bu istiqamətdə tapmaq mümkündür. Gələcəkdə bu, sülh sazişinin bağlanmasına imkan verəcək”- deyə Putin qeyd edib. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT