Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Ərdoğan Zangilan Beynəlxalq Hava Limanı ilə yanaşı,“Dost Aqropark”ın açılış mərasiminə qatılacaq.
Eyni zamanda, Türkiyə dövlət başçısı Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində iştirak edəcək.
Bundan sonra Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirəcək, birgə mətbuat konfransında çıxış edəcək.





