logo

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları nümunəvi hərbi təlim keçiriblər

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları nümunəvi hərbi təlim keçiriblər

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı 2022” adı altında keçirilən birgə hərbi təlimləri davam edir.

Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, xüsusi təyinatlıların Vaziani təlim bazasında keçirilən nümunəvi təlimlərini Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Georgi Matiaşvili izləyib. 

Qeyd olunub ki, xüsusi təyinatlılar hava dəstəyi, paraşütlə tullanma, zirehli nəqliyyat vasitələri ilə hücum, binanın mühasirəsi kimi müxtəlif döyüş tapşırıqlarını icra edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hərbçilər AN-2 tipli təyyarələrdən paraşütlə tullanma elementlərini icra ediblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT