Ermənistanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşaviri general-leytenant Kşiştof Krul ilə görüşüb.
Görüş zamanı Ermənistan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, Ermənistan və Polşa Silahlı Qüvvələri arasında əməkdaşlığın inkişafı və genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran bir sıra sahələrdə təcrübə mübadiləsi proqramlarının hazırlanması barədə razılığa gəliblər.










