Azərbaycanın iş tərzi Şərq Tərəfdaşlığının bəyan etdiyi dəyər və prinsiplərə köklü şəkildə ziddir: ER Xİ nazirinin müavini

Azərbaycanın iş tərzi Şərq Tərəfdaşlığının bəyan etdiyi dəyər və prinsiplərə köklü şəkildə ziddir: ER Xİ nazirinin müavini

Oktyabrın 13-də ER Xİ nazirinin müavini Paruyr Hovhannisyan Avropa İtiffaqının Şərq Tərəfdaşlığının yüksək vəzifəli şəxslərin onlayn görüşündə iştirak edib. Görüşdə Xİ nazirləri müavinlər səviyyəsində Avropa Komissiyasının, Avropanın Xarici Fəaliyyət Xidmətinin, Aİ-yə üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak edib. 

Öz çıxışında Paruyr Hovhannisyan qeyd edib ki, son geosiyasi proseslər Şərq Tərəfdaşlığı regionunda ciddi çağırışlar yaradıb və bunun təsiri altında Avropanın təhlükəsizlik arxitekturası da dəyişir.

O vurğulayıb ki, Avropa İttifaqına üzv dövlətlər və Şərq tərəfdaşı dövlətlər mövcud nailiyyətlərin qorunub saxlanılması və Şərq tərəfdaşlığı formatına yeni məzmun verilməsi üçün səy göstərməlidirlər.

Nazir müavini həmçinin Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı son irimiqyaslı təcavüzünə toxunaraq qeyd edib ki, ŞT üzvü olan ölkənin bu cür iş tərzi ŞT-nin yaradılması zamanı bəyan edilmiş dəyər və prinsiplərə köklü şəkildə ziddir. 

Paruyr Hovhannisyan qeyd edib ki, insan haqlarına və demokratik dəyərlərə hörmət olmadan Avropanın təhlükəsizliyi hərtərəfli ola bilməz.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT