Armen Qriqoryan Aİ-nin texniki qrupunun nümayəndələri ilə görüşüb

Armen Qriqoryan Aİ-nin texniki qrupunun nümayəndələri ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yerevanda səfərdə olan Avropa İttifaqının (Aİ) texniki qiymətləndirmə missiyasının nümayəndələri ilə görüşüb.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Təhlükəsizlik Şurasının katibi Aİ-nin texniki qiymətləndirmə missiyası üzvlərinin Ermənistana səfərini alqışlayıb və Yerevanın bütün məsələlərdə missiyaya dəstək verməyə hazır olduğunu təsdiqləyib. Tərəflər missiyanın funksiyalarının əhatə dairəsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Avropa İttifaqından (Aİ) texniki qrup Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçün Yerevanda səfərdədir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT