logo

Aİ-nin texniki qrupu bu gün Ermənistana gedəcək

Aİ-nin texniki qrupu bu gün Ermənistana gedəcək

Avropa İttifaqından (Aİ) texniki qrup Ermənistan-Azərbaycan sərhədinə missiyanın yerləşdirilməsi məsələsini müzakirə etmək üçün Yerevana səfər edəcək.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyur Hovhannisyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, texniki qrup Azərbaycanla sərhəddə Aİ missiyasının konkret yerlərini müzakirə etmək üçün bu gün Ermənistana gəlir.

“Bu məsələlər hələ müzakirə olunur. Bu gün Avropa İttifaqından texniki qrup gələcək, qrup sizin qeyd etdiyiniz məsələləri və Aİ-nin faktaraşdırıcı missiyasının hansı meyarlara uyğun yerləşdirilməli olduğunu müzakirə edəcək”, - Ermənistan XİN başçısının müavini jurnalistlərin Aİ missiyasının nə zaman gələcəyi və hansı nöqtələrdə yerləşdiriləcəyi ilə bağlı sualı cavablandırarkən qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT