logo

Səfir Hovakimyan Serbiya parlamentində Azərbaycanın Ermənistana təcavüzünün nəticələrini təqdim edib

Səfir Hovakimyan Serbiya parlamentində Azərbaycanın Ermənistana təcavüzünün nəticələrini təqdim edib

Sentyabrın 27-də ER-nın Serbiyadakı səfiri Aşot Hovakimyan Serbiyanın yeni seçilmiş parlamentində bir sıra görüşlər keçirib.

Səfiri parlament sədrinin müavini, Serbiyanın ATƏT-in PA-dakı nümayəndə heyətinin rəhbəri Sandra Bojiç, parlament sədrinin müavini, Avropaya inteqrasiya komissiyasının sədri, AŞPA-da Serbiya nümayəndə heyətinin üzvü Elvira Kovaç və Serbiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Bilyana Pantiç Pilyan qəbul edib.

Səfir Azərbaycanın Ermənistana qarşı təcavüzünün nəticələrini ətraflı təqdim edib, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən dərhal çıxarılmasının və erməni hərbi əsirlərin vətənə qaytarılmasının zəruriliyini vurğulayıb.

Görüşdə ER və Serbiya parlamentləri, o cümlədən beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətləri və dostluq qrupları arasında əməkdaşlığın aktivləşdirilməsinin aktuallığı müzakirə edilib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT