Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub.

Ermənistan XİN-nin məlumatına görə, nazir Ararat Mirzoyan telefon söhbətində “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasının, Azərbaycanın qanunsuz saxladığı erməni hərbi əsirlərin tezliklə qaytarılmasını, atəşkəs rejiminə sözsüz əməl edilməsinin vacibliyini vurğulayıb”. 

Problemin güc tətbiqi, yaxud gücdən istifadə təhdidləri ilə həllinin qəbuledilməziliyi qeyd olunub.

Yeni təcavüzlərin qarşısının alınması kontekstində sərhəddə vəziyyətin monitorinqi və nəzarəti üzrə beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması və Stepanakert ilə Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT