Mher Qriqoryan ABŞ səfirinə Azərbaycanın təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib

Mher Qriqoryan ABŞ səfirinə Azərbaycanın təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edib

ER Baş nazirinin müavini Mher Qriqoryan Amerika Birləşmiş Ştatlarının Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Lin Treysini qəbul edib.

Görüşün əvvəlində Baş nazirin müavini Azərbaycanın Ermənistanın suveren ərazisinə son genişmiqyaslı təcavüzü nəticəsində yaranmış vəziyyəti təqdim edərək,  ABŞ hakimiyyətinə məqsədyönlü bəyanatlara görə təşəkkür edib.

Səfir Ermənistanda akkreditə olunmuş səfirlərin zərər çəkmiş yaşayış məntəqələrinə hökumət tərəfindən təşkil edilən səfərlərin əhəmiyyətini vurğulayıb.

Baş nazirin müavini və ABŞ səfiri Ermənistan-Amerika ikitərəfli əməkdaşlığı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıb. Eyni zamanda Daxili işlər nazirliyinin yaradılması istiqamətində görülən işlərə də toxunublar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT