Ararat Mirzoyan Cenevrədə Filip Riker ilə görüşüb

Ararat Mirzoyan Cenevrədə  Filip Riker ilə görüşüb

Oktyabrın 2-də Cenevrədə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşüb.

XİN başçısı  Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı hərbi təcavüzünün təfərrüatlarını təqdim edib, onun nəticələrinin aradan qaldırılması və yeni təcavüzlərin qarşısının alınması, o cümlədən beynəlxalq mexanizmlərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlar tərəfindən aydın addımların atılmasının vacibliyini qeyd edib.

Azərbaycan silahlı qüvvələri tərəfindən xüsusi vəhşiliklə törədilmiş hərbi cinayətlərə toxunan nazir qeyd etdi ki, günahkarların məsuliyyətə cəlb olunması üçün erməni tərəfi bütün səylərini əsirgəməyəcək.

Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı bir sıra məsələləri müzakirə olunub. Tərəflər Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT