Üçtərəfli İşçi Qrupun danışıqlarında heç bir ərazidənkənar dəhlizdən söhbət getmir və gedə də bilməz: Overçuk

Üçtərəfli İşçi Qrupun danışıqlarında heç bir ərazidənkənar dəhlizdən söhbət getmir və gedə də bilməz: Overçuk

“Üçtərəfli İşçi qrupun danışıqlarında (Baş nazir müavinləri səviyyəsində - red.) hər hansı bir tərəfin suverenliyinə hansısa formada və ya hansısa şəkildə xələl gətirəcək “ərazidənkənar dəhliz” (eksterritorial dəhliz) yoxdur, bu müzakirə olunmur və ola da bilməz”, - deyə Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Overçuk Rusiyanın hər zaman tərəflərin suverenliyi prinsipini dəstəklədiyini söyləyib.

“Prinsip belədir: Yol üzərində suverenliyi yolun ərazisindən keçən ölkə həyata keçirir. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, bu, Ermənistanın yoludur, Əgər Azərbaycan ərazisindən keçirsə, onda Azərbaycanın yoludur”, - deyə o bildirib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT