Azərbaycanın təxribatı iki ölkənin Xİ nazirlərinin görüşünü pozmaq məqsədini daşıyır: XİN

Azərbaycanın təxribatı iki ölkənin Xİ nazirlərinin görüşünü pozmaq məqsədini daşıyır: XİN

“Sentyabrın 28-də Ermənistan Respublikasının suveren ərazisində qanunsuz yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələri minaatanlardan və iriçaplı silahlardan istifadə etməklə atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində atəş açıblar. Nəticədə erməni tərəfi üç itki verib.

Sentyabrın 13-də Ermənistanın ərazi bütövlüyünə qarşı başlatdığı genişmiqyaslı təcavüzün davamı olan Azərbaycanın növbəti təxribatı beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin atəşkəs rejimini qorumaqla bağlı çağırışlarına açıq-aşkar hörmətsizlikdir”. Bu barədə ER XİN-in bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, Azərbaycanın bu təxribatı iki ölkənin xarici işlər nazirlərinin görüşünü pozmaq məqsədini daşıyır.

“Hazırkı vəziyyətdə biz beynəlxalq ictimaiyyəti atəşkəs rejiminin ciddi şəkildə qorunması, Ermənistan Respublikasının suveren ərazisindən çıxması və yeni təcavüzlərin qarşısının alınması üçün səmərəli addımlar atmağa və müvafiq mexanizmlərləAzərbaycanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərməyə çağırırıq. .

Ermənistan Respublikası BMT Nizamnaməsi ilə müəyyən edilmiş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü  müdafiə etməyi davam edəcəkdir”. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT