ABŞ dövlət katibi Ermənistanla Azərbaycan arasında problemlərin həlli prosesində şəxsən iştirak edəcək

ABŞ dövlət katibi Ermənistanla Azərbaycan arasında problemlərin həlli prosesində şəxsən iştirak edəcək

Sentyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunur.

Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan sərhədində son hərbi əməliyyatlar nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Dövlət katibi ABŞ-ın Ermənistan və Azərbaycana problemlərin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bir daha təsdiqlədi. O qeyd etdi ki, irəli getməyin yeganə yolu diplomatiyadır. Blinken bildirdi ki, bundan sonra bu məsələ ilə şəxsən məşğul olacaq.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT