Rusiya və Azərbaycan prezidentləri regionda gərginliyin azaldılması məsələsini müzakirə edəcəklər։ Zaxarova

Rusiya və Azərbaycan prezidentləri regionda gərginliyin azaldılması məsələsini müzakirə edəcəklər։ Zaxarova

Moskva Yerevanın KTMT üzrə və müvafiq ikitərəfli sənədlər əsasında yardım göstərmək üçün müraciətini qəbul edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Lurer”in sualını cavablandırarkən bildirib.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının sentyabrın 13-də keçirilən növbədənkənar sessiyası və onun nəticəsində qəbul edilmiş qərarı xatırladan Zaxarova əlavə edib: “Rusiya regionda gərginliyi azaltmaq üçün əlindən gələni edir”. O xatırladıb ki, bu məsələ dövlət başçıları, xarici işlər nazirləri, müdafiə nazirləri səviyyəsində müzakirə olunub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, bu məsələ Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Vladimir Putinlə İlham Əliyev arasında keçiriləcək görüşdə də müzakirə olunacaq.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT