logo

Nəqliyyat kommunikasiyalarının açılması bizim üçün faydalıdır: Nikol Paşinyan

Nəqliyyat kommunikasiyalarının açılması bizim üçün faydalıdır: Nikol Paşinyan

Vladivostokda işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan erməni icmasının nümayəndələri ilə görüşündə regional infrastrukturların blokdan çıxarılması və Azərbaycanla sərhədin delimtasiyası imkanlarına da toxunub.

O qeyd edib ki, nəqliyyat kommunikasiyalarının açılması Ermənistan üçün faydalıdır, lakin bu məsələ ilə bağlı yekun razılıq hələ əldə olunmayıb.

“Amma mən açıq şəkildə demək istəyirəm ki, bu məsələdə razılığa gələndən sonra biz həm marşrutlar məsələsini, həm də yolun açılması məsələsini çox tez həll edəcəyik, bu 2021-ci il yanvarın 11-də Rusiya prezidenti, mənim və Azərbaycan prezidenti arasında imzalanmış üçtərəfli bəyanatla nəzərdə tutulmuşdur”, - deyə Paşinyan vurğulayıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT