Vətəndaşlarımız üçün qazın və işığın bahalaşması fəlakətdir:Şarl Mişel

Vətəndaşlarımız üçün qazın və işığın bahalaşması fəlakətdir:Şarl Mişel

Avropa Komissiyası (AK) qaz və elektrik enerjisi qiymətlərinin sürətlə artmasına reaksiya verməkdə çox ləng davranır.

Bunu Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel bəyan edib.

Onun sözlərinə görə, AK indiyədək artan qiymətlərin necə aşağı salınacağı ilə bağlı konkret təkliflər irəli sürməyib:

“Biz problemi təkcə bu gün aşkar etməmişik. İlk dəfə ötən ilin oktyabrında bu məsələni müzakirə etmişik və o vaxtdan bu məsələyə dəfələrlə baxılıb. Biz bir neçə dəfə Avropa Komissiyasına konkret təkliflər verməyi xahiş etmişik. Vətəndaşlarımız, ailələrimiz, şirkətlərimiz üçün qazın, işığın bahalaşması fəlakətdir. Təkliflər mümkün qədər tez müzakirəyə təqdim edilməlidir”.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT