ER SQ-nin BQ rəisi və ABŞ səfirinin müavini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi

ER SQ-nin BQ rəisi və ABŞ səfirinin müavini Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi

Avqustun 31-də ER Silahlı Qüvvələrinin Baş qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general-mayor Edvard Asryan ABŞ-ın Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili, səfir müavin Zip Leytinen və səfirliyin hərbi attaşesini, polkovnik Qreqori Paypsi qəbul edib.

ER Müdafiə Nazirliyindən verilən məlumata görə, Zip Leytinen Edvard Asryanı Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona  məhsuldar iş və səmərəli fəaliyyət arzulayıb..

“Görüş zamanı hərbi tibb, sülhməramlılıq və hərbi təhsil sahələrində Ermənistan-Amerika hərbi əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib” –  məlumatda qeyd olunub.

Zip Leytinen və Qriqori Paypsin xahişi ilə ER Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ermənistan-Azərbaycan sərhədi, Laçın dəhlizi və Artsaxdakı operativ vəziyyəti ilə bağlı məlumat təqdim edib. . 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT