logo

Gürcüstanda “Noble partner-2022” çoxmillətli hərbi təlimləri başlayıb

Gürcüstanda “Noble partner-2022” çoxmillətli hərbi təlimləri başlayıb

Avqustun 29-da Gürcüstanda “Noble Partner” çoxmillətli hərbi təlimlərə 6-cı dəfə start verilib. Təlimlərdə 21 ölkədən 2400-dən çox hərbçi iştirak edir.

Bu il Yaponiya və İsveç silahlı qüvvələrinin nümayəndələri ilk dəfədir ki, təlimlərdə iştirak edirlər.

Təlimlər Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı və ABŞ-ın Avropa və Afrika Komandanlığının rəhbərliyi ilə, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin dəstəyi ilə keçirilir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT