Azərbaycanın baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana səfər edib

Azərbaycanın baş naziri Əli Əsədov Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana işğüzar səfərə gedib.
Azərbaycanın baş nazirini İssık-Kul Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev qarşılayıb.
Azərbaycanın baş naziri səfər çərçivəsində bir sıra ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.





