Fransa XİN Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü alqışlayıb

Fransa XİN Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü alqışlayıb

Fransa Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 16-da Tbilisidə keçirilən görüşə münasibət bildirib.

XİN-in bu barədə yaydığı bəyanatda bildirilib ki, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması üzərində işləməyə qərarlı olan Fransa bu görüşü alqışlayır.

“Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şəraitin yaranmasına xidmət edən birbaşa dialoqun davam etdirilməsinə tərəfdar olduğunu bir daha bəyan edir”, - deyə qeyd olunub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT