logo

Yüksək texnologiyalar senayəsi naziri və ABŞ səfiri iki ölkə arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Yüksək texnologiyalar senayəsi naziri və ABŞ səfiri iki ölkə arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

İyulun 13-də ER yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan Amerika Birləşmiş Ştatlarının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysini qəbul edib.

Tərəflər iki ölkə arasında yüksək texnologiyalar sahəsində mövcud əməkdaşlığa toxunublar. Robert Xaçatryan ABŞ-ın texnoloji sektorun inkişafında göstərdiyi yardımı vurğulayıb, bunun sayəsində Ermənistanda xüsusilə mühəndislik istiqamətlərində çoxlu müəssisələr yaradılıb.

Görüşdə süni intellekt, texnoloji təhsil, kosmik texnologiyalar, mikroelektronika, rəqəmsallaşdırma və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Həmçinin USAID və ABŞ-dakı erməni diasporunun yüksək texnologiyalı sənayenin inkişafı sahəsində oynadığı rol, Mühəndislik şəhəri layihəsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə də toxunulub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT