Venesiya Komissiyasının üzvü Martin Kayer Erməni Soyqırımı Memorialını ziyarət edib

Venesiya Komissiyasının üzvü Martin Kayer Erməni Soyqırımı Memorialını ziyarət edib

Ermənistana işgüzar səfərə gələn Niderland Krallığının Ali Məhkəməsinin hakimi, Avropa Şurasının “Hüquq vasitəsilə demokratiya” Avropa Komissiyasının (Venesiya Komissiyası) üzvü Martin Kayer iyulun 14-də ER Ali Məhkəməsinin hakimi Vahe Qriqoryanın müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib.

Erməni Soyqırımı Muzey-İnstitutunun muzey işləri üzrə direktor müavini Lusine Abramyan qonaqları salamlayaraq, memorial kompleksin yaranma tarixini təqdim edib.

O, həmçinin ötən əsrin sonlarında Azərbaycan ərazisində erməni əhalisinə qarşı həyata keçirilən etnik təmizləmə zamanı həlak olmuş ermənilərin xatirəsinə həsr olunmuş və Tsitsernakaberd ərazisində quraşdırılmış üç xaçkarın tarixini qonaqlara təqdim edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT