Ermənistan və Türkiyə xüsusi nümayəndələri quru sərhədini keçmək imkanı təmin etməyə razılışıblar

Ermənistan və Türkiyə xüsusi nümayəndələri quru sərhədini keçmək  imkanı təmin etməyə razılışıblar

İyulunun 1-də Vyanda Ermənistanın və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşü olub. 

Tərəflər Ermənistan-Türkiyə quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib. 

Həmçinin Ermənistan-Türkiyə havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub. 

Bundan əlavə, iki ölkə arasında tam nizamlanmanın yekun məqsədinə nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar müzakirə edilib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT