Almaniyanın federal naziri Erməni Soyqırımı Memorialını ziyarət edib

Almaniyanın federal naziri Erməni Soyqırımı Memorialını ziyarət edib

Ermənistana iki günlük səfərə gələn Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal naziri Svenya Şultse ER İqtisadiyyat nazirinin müavini Armen Arzumanyanın müşayiəti ilə Erməni Soyqırımı Memorialını ziyarət edib, erməni qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub. Sonra o, əbədi məşəl önünə gül dəstələri düzərək, soyqırımın günahsız qurbanlarının xətirəsini bir dəqiqəlik sükutla yad edib.

Svenya Şultseni Almaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Rixter, Ermənistanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Viktor Yengibaryan və nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri də müşayiət edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT