İşçi Qrup Bakı və Yerevanın bir çox məsələlər, o cümlədən sərhəd və gömrük nəzarəti ilə bağlı mövqelərini yaxınlaşdıra bilib: Qriqoryan

İşçi Qrup Bakı və Yerevanın bir çox məsələlər, o cümlədən sərhəd və gömrük nəzarəti ilə bağlı mövqelərini yaxınlaşdıra bilib: Qriqoryan

Regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin başçılıq etdiyi İşçi Qrup Bakı və Yerevanın bir çox məsələlər, o cümlədən sərhəd və gömrük nəzarəti ilə bağlı mövqelərini yaxınlaşdıra bilib.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

“Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına dair Üçtərəfli İşçi Qrupun fəaliyyətini konstruktiv sayıram. Bu, şübhəsiz ki, çətin işdir, amma qeyd etməliyəm ki, tərəflərə sərhəd və gömrük nəzarətinə dair bir sıra məsələlər, həmçinin, Azərbaycan və Ermənistan ərazilərindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin avtomobil və dəmir yolu vasitəsilə təhlükəsiz hərəkətinə dair mövqelərini yaxınlaşdıra bilib”, - o deyib.

Qriqoryan qeyd edib ki, hazırda ekspert altqrupları avtomobil və dəmir yolu infrastrukturunun bərpası və qarşıdakı istifadəsinə dair məsələlər üzərində işini davam etdirir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT