logo

Ombudsman Aparatında İşgəncə Qurbanlarına Beynəlxalq Dəstək Gününə həsr olunmuş müzakirə keçirilib

Ombudsman Aparatında İşgəncə Qurbanlarına Beynəlxalq Dəstək Gününə həsr olunmuş müzakirə keçirilib

ER İnsan Hüquqları Müdafiəçisinin (Ombudsman) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyunun 27-də İnsan Hüquqları Müdafiəçisinin Aparatında İşgəncə Qurbanlarına Beynəlxalq Dəstək Gününə həsr olunmuş müzakirə keçirilib.

Müzakirələrdə dövlət idarəetmə orqanlarının, müxtəlif ali idarəçililərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

ER İHM cinayət ədliyyəsi sahəsində  və silahlı qüvvələrdə insan hüquqlarının müdafiəsi departamentinin rəhbəri Hrant Cilavyan çıxış edərək 44 günlük müharibə zamanı Azərbaycan tərəfinin törətdiyi işgəncələr və müharibə cinayətləri ilə bağlı Ombudsman aparatında aparılan monitorinq və faktaraşdırma işi nəticəsində qeydə alınmış halları təqdim edib. Əsir götürülən soydaşlarımıza qarşı davam edən işgəncələr, təhqirlərə də toxunulub. Müdafiəçi heyətinin beynəlxalq platformalarda gördüyü işlərin prosesi və problemləri təqdim olunub.

Ermənistan Respublikası hökumətinin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan və ER İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin işlərin araşdırılması departamentinin rəhbəri Rafayel Vardanyan da məruzə ilə çıxış ediblər.

Vətəndaş cəmiyyətinin nümayəndələri təmsil etdikləri qurumların gördüyü işlər barədə ətraflı məlumat veriblər.

Yekun olaraq, müxtəlif dövlət orqanlarının və vətəndaş cəmiyyəti təşkilatları ilə Müdafiəçi Aparatı arasında birgə fəaliyyətinə dair konkret razılıqlar əldə olunub.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT