ATƏT PA nümayəndə heyətinin üzvləri Tsitsernakaberd memorialını ziyarət ediblər

ATƏT PA nümayəndə heyətinin üzvləri Tsitsernakaberd memorialını ziyarət ediblər

İyunun 15-də ATƏT PA-nın sədri Margareta Sederfeltin başçılıq etdiyi nümayəndə heyəti ER Plarlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, “Mülki müqavilə” fraksiyasının üzvü Eduard Ağacanyanın və ER Plarlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, “Mülki müqavilə” fraksiyasının üzvü Maria Karapetyanın müşayiəti ilə Tsitsernakaberd memorialını ziyarət edib.

Qonaqlar erməni soyqırımı qurbanlarının xatirəsini yad edən əbədi məşəl önünə əklil qoyub, müqəddəs şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Erməni Soyqırımı Muzey-İnstitutunda olub, soyqırımı təsdiq edən sənədlərlə tanış olublar.

ATƏT PA-nın sədri Margareta Sederfelt Erməni Soyqırımı Muzey-İnstitutunun “Fəxri qonaqlar” kitabına soyqırımı qurbanlarının xatirəsinə ehtiramla yad etdiyini, ölkəmizə sülh arzuladığını yazıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT