ER Baş naziri və Qətərin xarici işlər naziri əlaqələrin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə edib

ER Baş naziri və Qətərin xarici işlər naziri əlaqələrin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə edib

Qətər Dövlətində rəsmi səfərdə olan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl-Mürreyhi ilə görüşüb. 

Görüş zamanı həmsöhbətlər xarici siyasət sahəsində Ermənistanla Qətərin əlaqələrinin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Nikol Paşinyan Qətərin ərəb dünyasındakı rolunu vurğulayıb, Ermənistan hökumətinin müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsində və dərinləşməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə Cənubi Qafqaz regionunda baş verən proseslərlə bağlı məsələlərə də toxunulub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT