Dövlət Departamentinin təmsilçisi Azərbaycanda vətəndaş cəmiyyəti və siyasi partiyaların nümayəndələrilə görüşlər keçirəcək

Dövlət Departamentinin təmsilçisi Azərbaycanda vətəndaş cəmiyyəti və siyasi partiyaların nümayəndələrilə görüşlər keçirəcək

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi  Kara Makdonald Azərbaycana gəlib.

İyunun  13-15-də o, dövlət məmurları , hüquq müdafiəçiləri, müstəqil KİV-lərin və siyasi partiyaların nümayəndələrilə görüşlər keçirəcək. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir.

Makdonald Dövlət Departamentində Avropa, Cənub və Mərkəzi Asiya Bürosunun işinə, həmçinin çoxtərəfli məsələlər üzrə qrupa  kuratorluq  edir.

Demokratiya, İnsan Hüquqları  və Əmək Məsələləri  Bürosu qanunun aliliyi, insan haqları və əsas azadlıqlar daxil olmaqla, universal dəyərləri dəstəkləyir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT