Qarabağ ermənilərinin rəyini nəzərə almadan nizamlanmaya nail olmaq mümkün deyil: Toivo Klaar

Qarabağ ermənilərinin rəyini nəzərə almadan nizamlanmaya nail olmaq mümkün deyil: Toivo Klaar

"Qarabağ ermənilərinin rəyi nəzərə alınmadan nizamlanmaya nail olmaq mümkün deyil". Bunu “Azatutyun radiosu”na verdiyi müsahibədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə üçtərəfli görüşdən sonra ədalətli və davamlı sülh üçün bütün maraqlı tərəflərin iştirakı ilə bütün əsas məsələlərin müzakirəsinə dair etdiyi bəyanatda Dağlıq Qarabağda yaşayan erməniləri nəzərdə tutub-tutmadığına dair sualı cavablandırarkən deyib. 

Klaar həmçinin qeyd edib: “Mən hesab edirəm ki, sonda Qarabağ erməniləri, əlbəttə ki, tərəflərdən biridir, nə şəkildə olursa olsun, onlar həllin bir hissəsi olmalıdırlar”.

Aİ-nin xüsusi nümayəndəsi bəyan edib ki, o, artsaxlıların rəyi və nöqteyi-nəzəri nəzərə alınmadan nizamlanmaya nail olmaq yolunu görmür.

Klaar qeyd edib ki, Yerevandan və Bakıdan gələn mesajlar müsbətdir və Brüsseldəki görüşün müəyyən nəticələr verdiyinə əminliyini ifadə edib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT